Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, e-social.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

FAQ

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ümumi məbləği necə hesablanır?

Müavinətin məbləği sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır.

İşsizlikdən sığorta ödənişinin verildiyi müddət sosial sığorta stajına daxil edilirmi?

 "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.5.-ci maddəsinə əsasən işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi müddət sığortaolunanın sığorta stajına daxildir.

İşləyən əlilliyi olan şəxsin əmək qabiliyyətinin müvəqqəti itirməsi istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində baş verdikdə müavinət hansı müddətədək ödənilir?

Xəstə sağalanadək, yaxud da istehsalat qəzası və ya peşə xəstəliyi ilə bağlı əlilliyi yenidən müəyyən edilənədək verilir.

Fərdi uçotla bağlı sığortaçı hansı hüquqlara malikdir?

1. Sığortaedəndən və sığortaolunandan "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək;
2. Sığortaedənin, fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq;
3. Sığortaedənin fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri tətbiq etmək.

Sosial sığorta sahəsində sığortaedənin hüquqları hansılardır?

Sığortaedənlərin hüquqları aşağıdakılardır: 
1. sosial sığortanın bütün formalarında iştirak etmək; 
2. könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; 
3. sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək.

Valideynlərdən biri və yaxud hər ikisi Naxçıvan Muxtar Respublikası qeydiyyatında olduğu hallarda uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyinatı necə aparılır?

İşləyənlərə münasibətdə qeydiyyatından asılı olmayaraq valideynlərdən hər hansı biri burada əmək müqaviləsi əsasında işləyirsə uşağın anadan olmasına görə birdəfəlik müavinət Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən təyin edilib ödənilir. Valideynlərdən hər ikisi Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olduğu və ya hər ikisinin orada əmək müqaviləsi əsasında işlədiyi hallarda isə müavinət Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi işçinin işə bərpa olunma barəsində qərar çıxarıldığı gündən sonra da davam edərsə bu hal necə tənzimlənir?

Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi işə bərpa olunma barəsində qərar çıxarıldığı gündən sonra da davam edərsə, onda müavinətin xəstəlik vərəqəsində göstərilmiş ilk 14 təqvim gününə düşən məbləği sığortaedənin vəsaiti hesabına, qalan hissəsi isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Fərdi şəxsi hesabı izləmək mümkündürmü?

Hər bir sığortaolunan öz fərdi şəxsi hesabını izləmək üçün www.e-social.gov.az internet portalından şəxsi kabinetinə keçid edərək, "Fərdi şəxsi hesab" bölməsindən, fərdi şəxsi hesabında əks olunan pensiya kapitalı, məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları əldə edə bilər.

Fərdi olaraq saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri sahələrində fəaliyyət göstərən şəxslər nə qədər məcburi dövlət sosial sığorta haqqı ödəyir?

Minimum aylıq əməkhaqqının 3 faizi miqdarında.

Sığortaedənlər kimlərdir?

Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri elektron formada doldurularaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim edilir. Elektron xidmətdən istifadə üçün sığortaedən elektron imzası ilə e-gov internet portalına daxil olaraq Nazirliyin göstərdiyi xidmətlərin siyahısından “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” elektron xidmətini seçir və müvafiq xanaları dolduraraq müraciət edir.

Sığortaolunanın əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ nə zaman yaranır?

Sığortaolunanın əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinəti almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olduqda və əmək qabiliyyətinin itirilməsi məcburi dövlət sosial sığorta haqqı hesablanan dövrdə baş verdikdə  yaranır.

Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) kimi çalışan şəxslər nə qədər məcburi dövlət sosial sığorta haqqı ödəyir?

Minimum aylıq əməkhaqqının 3 faizi miqdarında.

Sığortaolunan tərəfindən sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verilməməsinə görə - hansı miqdarda cərimə nəzərdə tutulur?

İnzibati Xətalar Məcəlləsinin 477-1-ci maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında cərimə edilir.

Sığortaçı kimdir?

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir.

Xəstəlik vərəqəsi itirildiyi halda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət necə ödənilir?

Bu halda müavinət dublikata (sənədin surəti çıxarılmış ikinci nüsxəsi) əsasən verilə bilər.

Sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının neçə faizi onların fərdi hesablarında qeydə alınır?

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 1.0.8. bəndinə əsasən əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı nə qədər müddət sosial sığorta stajı olduqda ödənilir?

Hər iki növ müavinəti alan şəxslərə ən azı 6 ay sosial sığorta stajı olduqda verilir.

Uşağın 3 yaşı tamam olanadək ona qulluğa görə müavinətin təyin edilməsi üçün elektron müraciət kim tərəfindən həyata keçirilir?

Xidmətdən istifadə edə bilər: 
-Sığortaedənlər

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ hansı dövrdə baş verdikdə yaranır?

Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır.

Məcburi dövlət sosial sığorta haqqı hesabına dəfn üçün müavinətin ödənilməsi üçün nə qədər müddət tələb olunur?

2 (iki) iş günü.

Sosial sığorta hadisəsi nədir?

Sığortaolunana sığorta ödəməsinin ödənilməsi üçün  (pensiya yaşına çatmaq, əlilliyin müəyyən edilməsi, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, ölüm, sanatoriya-kurort müalicəsi və.s) nəzərdə tutulan hallar.

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sığortaçının hansı vəzifələri vardır?

1. Sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək; 
2. Sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq;
3. Sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək;
4. ""Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında"" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar izahatlar vermək və səlahiyyətləri daxilində müvafiq normativ aktlar qəbul etmək."

Hər bir sığortaolunan onu sığortaedəndən özünün məcburi dövlət sosial sığortası üzrə sığortalanmasını tələb etməlidirmi və buna nəzarəti hansı orqan həyata keçirir?

Hər bir  sığortaolunan onu sığortaedəndən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq özünün məcburi dövlət sosial sığortası üzrə sığortalanmasını tələb etməlidir. İdarə, müəssisə və təşkilatların həmkarlar ittifaqları komitələri işçilərin məcburi dövlət sosial sığortasına cəlb olunmasına nəzarət etməyə borcludurlar.

Uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

1. 01.01.2021-ci il tarixinədək doğulan uşaqlara görə uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəli elektron formada doldurularaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim edilir. Elektron xidmətdən istifadə üçün sığortaedən elektron imzası ilə "e-gov.az" internet portalına daxil olaraq Nazirliyin göstərdiyi xidmətlərin siyahısından “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” elektron xidmətini seçir və müvafiq xanaları dolduraraq müraciət edir;
2. 1 yanvar 2021-ci il tarixindən sonra doğulmuş uşaqlar üçün uşağın anadan olmasına görə birdəfəlik müavinət heç bir yerə müraciət edilmədən proaktiv qaydada təyin edilir;
3. Hər iki valideyni işləməyən uşaqlara uşağın anadan olmasına görə birdəfəlik müavinət 1 sentyabr 2019-cu il tarixindən heç bir yerə müraciət edilmədən proaktiv qaydada təyin edilir;
4. 1 sentyabr 2019-cu il tarixindən əvvəl doğulmuş uşaqlar üçün isə valideynlər tərəfindən "DOST" mərkəzləri və Dövlət Sosial Müdafiə Fondunun regional ərazi fililalları və xidmət nümayəndəliklərinə müraciət edə bilər. Xidmət üzrə daxil olan müraciətlərin formaları: 
-Şəxsən 
-Nümayəndə vasitəsi ilə Etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd.

Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəli şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət neçə faiz miqdarında ödənilir?

Sosial sığorta stajından asılı olmayaraq aylıq təminat xərcliyinin 100 faizi miqdarında.

Uşağın 3 yaşı tamam olanadək ona qulluğa görə müavinətin təyin edilməsi üçün tələb olunan sənədlər və onların təqdimat forması?

Müraciət sığortaedən tərəfindən elektron qaydada edilir. Tələb olunan sənədlər aşağıdakılardır: 
- müavinəti təyin edən komissiyanın protokolunun surəti;
- müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı);
- uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamından) çıxarış; 
- uşağın doğum haqqında şəhadətnaməsinin surəti.

Uşağın 3 yaşı tamam olanadək ona qulluq edilməsinə görə müavinət hansı qurumlar tərəfindən təyin edir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən təyin edilir.

Uşağın 3 yaşı tamam olanadək ona qulluğa görə müavinətin təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

Bu müavinətin alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına müraciət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-cil tarixli, 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 114-2-ci yarımbəndinə əsasən müavinət təyin edən komissiyanın protokolunun surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı və uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinətin alınması üçün uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamından) çıxarış və uşağın doğum haqqında şəhadətnaməsinin sürəti elektron sistemə daxil edilməlidir.

Məcburi dövlət sosial sığorta haqqı hesabına dəfn üçün birdəfəlik müavinətin alınması üçün kimlər müraciət edə bilər?

1. Azərbaycan Respublikasının vətəndaşları; 
2. Əcnəbilər (daimi yaşayış hüququ olan); 
3. Vətandaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
3. Fərdi sahibkarlar;
4. Hüquqi şəxslər.

Sığortaçının hansı hüquqları var?

Sığortaçının aşağıdakı hüquqları vardır: 
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq; 
- sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; 
- sığortaedənlər tərəfindən ""Sosial sığorta haqqında"" Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək; 
- könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; 
- qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət kimlərə qazancın 60 faizi miqdarında verilir?

8 ilədək sosial sığorta stajı olan sığortaolunanlara.

01 yanvar 2021-ci il tarixdən əvvəl doğulmuş uşaqlar üçün uşağın anadan olmasına görə elektron qaydada göndərilən birdəfəlik müavinətin təyin edilməsindən hansı halda imtina edilir?

Xidmətin nəticəsində imtina əsəsları:
-Sənədlərin natamamlığı;
-hüquqi əsasın olmaması; 
-məlumatların düzgün daxil edilməməsi.

Sahibkarlıq fəaliyyəti sahələri üzrə minimum aylıq əməkhaqqının neçə faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir?

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı  2026-cı il yanvarın 1-dək  minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi və kənd yerlərində 50 faizi miqdarında ödənilir.

Muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı hansı dərəcələrlə ödənilir?

Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 
sığortaedən tərəfindən ödənilən sığorta haqqı: 
- hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; sığortaolunan tərəfindən ödənilən sığorta haqqı: 
- işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.

Hamiləliyə və doğuma görə müavinətin təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlləri elektron formada doldurularaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim edilir. Elektron xidmətdən istifadə üçün sığortaedən elektron imzası ilə e-gov.az internet portalına daxil olaraq Nazirliyin göstərdiyi xidmətlərin siyahısından “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” elektron xidmətini seçir və müvafiq xanaları dolduraraq müraciət edir.

Hamiləliyə və doğuma görə müavinəti hansı qurum təyin edir?

Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı.

Müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər hansı məbləğdə məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər?

Ödəmə mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında.

MDSS hesabına dəfn üçün birdəfəlik sosial müavinətin alınması üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

Xidməti həyata keçirən struktur bölmələr: 
"DOST" mərkəzləri və Dövlət Sosial Müdafiə Fondunun yerli struktur bölmələrinə müraciət edilə bilər. 
Xidmət üzrə daxil olan müraciətlərin formaları: 
-Şəxsən; 
-Nümayəndə vasitəsi ilə Etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd
-Sığortaedən tərəfindən.

Məcburi dövlət sosial sığorta haqları hesabına dəfn üçün birdəfəlik sosial müavinətin təyin olunmasından hansı halda imtina edilir?

Təqdim edilmiş sənədlər natamam olduqda, hüquqi əsası olmadıqda və ya məlumatlar sistemə düzgün daxil edilmədikdə dəfn üçün birdəfəlik müavinətin alınması üçün müraciətə imtina edilir.

01.01.2021-ci il tarixindən əvvəl anadan olmuş uşaqların valideynlərindən hər hansı birinin aktiv əmək müqaviləsi olduğu halda və ya eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda, uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi necə həyata keçirilir?

01.01.2021-ci il tarixindən əvvəl anadan olmuş uşaqlara valideynlərdən hər hansı birinin işlədiyi halda və ya fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda, qanunvericiliklə müəyyən edilmiş sənədlər sığortaedən tərəfindən Elektron Hökümət Portalı üzərindən "Mərkəzi Elektron İnformasiya Sistemi"nə daxil edilib, doğum haqqında arayışın əsli müşayiət məktubu ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına göndərildikdən sonra 5 (beş) iş günü ərzində emal edilərək ödənişə göndərilməsi təmin olunur.

İşləməyən ana xəstələndiyi hallarda uşağa qulluq edə bilmədikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət kimə verilir?

3 yaşınadək uşaqlara və əlilliyi olan uşaqlara qulluq edən şəxslərə verilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsindən hansı hallarda imtina edilir?

Təqdim edilmiş sənədlər natamam olduqda və hüquqi əsası olmadıqda.  

Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər hanıs məbləğdə məcburi dövlət sosial sığorta haqqı ödəyir?

Minimum aylıq əməkhaqqının 3 faizi miqdarında.

Azərbaycan Respublikasının ərazisində işləyən və fərdi şəxsi hesabında pensiya kapitalı toplanmış əcnəbi şəxsin Azərbaycan Respublikasında işlədiyi dövr öz ölkəsində pensiya təyin olunan zaman nəzərə alınırmı?

Azərbaycan Respublikası ilə müvafiq sahədə saziş imzalanmış dövlətlərin vətəndaşlarına münasibətdə həmin sazişdə qeyd edilmiş müddəalar mövcud olduğu təqdirdə tətbiq oluna bilər.

Sosial sığortanın iştirakçıları kimlərdir?

Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır.

Hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin işçilərinə müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi qaydası hansı qurum tərəfindən təsdiq edilir?

Xidmətkeçmənin xüsusiyyətləri nəzərə alınmaqla, bu Əsasnamə ilə müəyyən edilən müavinətlərin hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin işçilərinə hesablanması, təyin edilməsi və verilməsi qaydası həmin şəxslərin xidmət etdiyi (və ya işlədiyi) müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilir.

Kimlərin sosial sığorta ödəmələrini almaq hüququ yoxdur?

Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur.

14 yaşına çatanadək xəstələnmiş uşağa qulluq edilməsinə görə müavinət kimlərə ödənilir?

Müavinət anaya (ataya) və ya uşağa qulluq edən digər şəxsə verilir.

Sığortaolunanlara məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən dəfn üçün birdəfəlik sosial müavinəti hansı qurumlar təyin edir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı.

Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər təyin edilərkən, sosial sığorta stajı kimi hansı dövrlər nəzərə alınır?

Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər təyin edilərkən, sosial sığorta stajı kimi "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınır.

"Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sığortaçının hansı vəzifələri vardır?

Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: 
-özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; 
-sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; 
-könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; 
-məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq; 
-məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq; 
-məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq; 
-qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı qaydada ödənilir?

İlk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. 
Qeyd: Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətdən hesablanan gəlir vergisi sığortaedən və ya Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməlidir?

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4.-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət gəlir vergisindən azad deyildir. Bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətdən hesablanan gəlir vergisi müavinət alanın vergisi hesab olunur və ödəmə mənbəyindən tutulmalıdır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaedən tərəfindən hesablandığından bu məbləğə hesablanmış gəlir vergisinin ödənişi müavinətin sığortaedən və Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş nisbətlərinə uyğun olaraq proporsional qaydada həyata keçirilməlidir.

Sığortaolunanın əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ deyəndə nə nəzərdə tutulur?

Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır.

Sosial sığorta nömrəsi (SSN) nədir?

Sığortaçı tərəfindən sığortaolunana verilən daimi (dəyişməz) nömrə.

Sosial sığorta hadisəsi baş verdikdə hansı sığorta ödəmələri verilir?

Sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: 
• Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları; • əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);
• Hamiləliyə və doğuma görə müavinət; 
• uşağın anadan olmasına görə birdəfəlik müavinət; 
• Qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət;
• Dəfn üçün müavinət; 
• Sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsi sığortaedən tərəfindən sənədlər DSMF-yə təqdim edildikdən sonra hansı müddət ərzində icra edilir?

Fondun struktur bölmələri 5 (beş) iş günü (dəfn müavinətinin alınması üçün təqdim olunmuş sənədlər üzrə isə 2 (iki) iş günü) ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidir. Araşdırma zamanı Fondun struktur bölmələrinin sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır.

Hamiləliyə və doğuma görə müavinətin təyin edilməsi sığortaedən tərəfindən sənədlər DSMF-yə təqdim edildikdən sonra hansı müddət ərzində ödəniş həyata keçirilməlidir?

Fondun struktur bölmələri 5 (beş) iş günü (dəfn müavinətinin alınması üçün təqdim olunmuş sənədlər üzrə isə 2 (iki) iş günü) ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidir. Araşdırma zamanı Fondun struktur bölmələrinin sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır.

Hamiləliyə və doğuma görə müavinətin təyin edilməsindən hansı halda imtina edilir?

Sənədlər natamam olduqda və hüquqi əsası olmadıqda.

Orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından hansı dövrə düşən iş günləri çıxılmalıdır?

1. əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; 
2. hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü; 
3. uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü.

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sığortaedənin vəzifələri hansılardır?

Sığortaedənin aşağıdakı vəzifələri vardır: 
-müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək;
 - ""Sosial sığorta haqqında"" Azərbaycan Respublikasının Qanununun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, sığortaedən Azərbaycan Respublikasında fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə ləğv edildikdə, yaxud sığortaedənin fəaliyyətinə xitam verildikdə isə bu barədə müvafiq ərizədə (arayışda) göstərildiyi tarixdən 30 gün müddətində, lakin hesabatın təqdim edilməsi üçün bu Qanunla müəyyən edilmiş müddətdən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək; 
-hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; 
-  ""Sosial sığorta haqqında"" Azərbaycan Respublikasının Qanununun 14.5.1-1-ci maddəsində (14.5.1-1.10-cu maddəsi istisna olmaqla) nəzərdə tutulan fəaliyyət növlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək 
-  ""Sosial sığorta haqqında"" Azərbaycan Respublikasının Qanununun 14.5.1-1.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növünü Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” almaqla həyata keçirmək;
-qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

14 yaşından yuxarı xəstələnmiş ailə üzvlərinə qulluq edilərkən hansı müddətdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilir?

7 təqvim günündən artıq olmayan müddətdə müavinət verilir. Xəstəyə qulluq edilərkən 7 təqvim günündən artıq vaxt üçün ailə üzvünün ağır xəstə olmasından və məişət şəraitindən asılı olaraq müstəsna hallarda müavinət verilməsinə icazə verilir. 
Qeyd: Bu halda müavinət ümumilikdə 10 təqvim günündən artıq verilməməlidir.

Sosial sığorta hadisələri hansılardır?

-pensiya yaşına çatmaq; 
-əlilliyin müəyyən edilməsi; 
-ailə başçısını itirmək; 
-əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); 
-hamiləlik və doğum; 
-uşağın anadan olması; 
-uşağa qulluq; 
-ölüm; 
-sanatoriya-kurort müalicəsi zərurəti.

Məcburi dövlət sosial sığortası üzrə ödəmələr hansı halda verilir?

Məcburi dövlət sosial sığortası üzrə ödəmələr sosial sığorta hadisəsi baş verdikdə verilir.

Fərdi şəxsi hesablarda illər üzrə məlumatların (kapitalı) əks olunmaması ilə bağlı şikayət olduğu halda hansı quruma müraciət edilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytından onlayn qaydada, yazılı birbaşa müraciət əsasında, Nazirliyin, Dövlət Sosial Müdafiə Fondu, "142" Çağrı mərkəzinə zəng vurmaqla və "DOST" mərkəzlərinə müraciət etməklə şikayətini təqdim edə bilər. 

Sığortaolunan Respublikadan xaricdə əmək qabiliyyətini müvəqqəti itirdiyi halda ona müavinət necə ödənilir?

Sığortaolunana Respublikadan xaricdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlər yaşayış və ya iş yeri üzrə müalicə - profilaktika idarələri tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur, iş yerində ümumi əsaslar üzrə sığortaolunana müavinət təyin edilir.

Məcburi dövlət sosial sığorta haqqı hesabına dəfn üçün birdəfəlik müavinətin təyin edilməsi üçün tələb olunan sənədlər və onların təqdimat forması?

Xidmət üzrə tələb olunan sənədlər: 
-Ölüm haqqında şəhadətnamə;
-müvafiq bələdiyyə tərəfindən verilmiş öləni dəfn etməyi öhdəsinə götürmüş şəxs barədə məlumatı əks etdirən arayış;
-vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən verilmiş ölüm haqqında arayış (əsli);
-müavinət ödənilən şəxsin bank və ya poçt rekvizitləri. 
Xidmət üzrə sənədlərin təqdimetmə forması elektron qaydada həyata keçirilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və hamiləliyə və doğuma görə müavinətin aylıq maksimal həddi nə qədər ola bilər?

Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.

Məcburi dövlət sosial sığorta haqqı hesabına uşağın anadan olmasına görə birdəfəlik müavinətin ödənişi hansı müddət ərzində həyata keçirilir?

5 (beş) iş günü.

Hamiləliyə və doğuma görə müavinətin təyin edilməsi üçün elektron müraciət kimlər tərəfindən edilə bilər?

Sığortaedənlər

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət nəyə əsasən təyin edilir?

Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi). 
Qeyd: Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz.

Hansı halda xəstələnmiş ailə üzvünə qulluq etmək üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir?

Növbəti və əlavə məzuniyyət, uşağa qulluq etməkdən ötrü məzuniyyət və yaxud əmək haqqı saxlanılmadan məzuniyyət vaxtı, xəstələnmiş ailə üzvünə qulluq etmək üçün müavinət verilmir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği necə müəyyən olunur?

Müavinətin məbləği sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.

Hansı halda sığortaolunana əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə bütün dövr üçün hesablanmış məbləğ sığortaedənin vəsaiti hesabına ödənilir?

Bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsində kimlər məsuliyyət daşıyırlar?

Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar.

"Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sığortaolunanın sığorta stajı nə deməkdir?

Sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı müddətdə verilir?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir.

Fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxslər nə qədər məcburi dövlət sosial sığorta haqqı ödəyir?

Minimum aylıq əməkhaqqının 5 faizi miqdarında.

Uşağın 3 yaşı tamam olanadək ona qulluğa görə müavinətin təyin edilməsi üçün nə qədər müddət tələb olunur?

5 (beş) iş günü

Fərdi uçotla bağlı sığortaedənin vəzifələri nələrdən ibarətdir?

1. Sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (sığorta stajının hər ayı üçün), sığortaedən tərəfindən hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləği barədə orqana (quruma) tam və düzgün təqdim etmək; 
2. Sığortaolunan haqqında adı, atasının adı, soyadı, doğulduğu il, ay, gün, doğulduğu yer, cinsi, daimi qeydiyyatda olduğu yerin, qaçqın və məcburi köçkünlərin isə məskunlaşdıqları yerin ünvanı, şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı, fərdi identifikasiya nömrəsi,vətəndaşlığı, telefon nömrəsi barəsində məlumatları sığortaçıya təqdim etmək:
1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan şəxslərə dair məlumatlar əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanıldığı gündən bir ay müddətində, digər sığortaolunanlar barədə məlumatlar isə sığortaolunanın əmək müqaviləsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron sənəd formasında bağlanılması zamanı;

2. sığortaçıda uçotda olmayan şəxslə mülki hüquqi müqavilə bağlanıldıqdan sonra bir ay müddətində;

3. sığortaolunan haqqında məlumatlar dəyişildikdə 14 gün müddətində.

Hamiləliyin süni yolla dayandırılması ilə əlaqədar aparılmış əməliyyatdan sonra müavinət hansı qaydada verilir?

Hamiləliyin süni yolla dayandırılması ilə əlaqədar aparılmış əməliyyatdan sonra müavinət ümumi qayda üzrə əmək qabiliyyətinin itirilməsinin bütün müddətinə düşən iş günlərinə görə verilir.

Sığortaolunan hərbi xidmətə çağırıldığı zaman xəstəxanaya yerləşdirildikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilirmi?

Xeyr,sığortaolunan hərbi xidmətə çağırıldığı zaman xəstəxanaya yerləşdirildikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir.

Vəkillər kollegiyasının üzvləri, sərbəst mediatorlar, sərbəst auditorlar, sərbəst mühasiblər nə qədər məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər?

2026-cı il yanvarın 1-dək gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi əmək haqqı saxlanılmadan məzuniyyətdən və yaxud uşağa qulluq edilməsinə görə məzuniyyətdən sonra da davam edərsə, bu halda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilirmi?

Bəli, bu zaman müavinət işçinin işə başlamalı olduğu gündən ümumi qayda üzrə verilir.

01.01.2021-ci il tarixindən sonra anadan olmuş uşaqların valideynlərindən hər hansı birinin aktiv əmək müqaviləsi olduğu halda və ya eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda, uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi necə həyata keçirilir?

01.01.2021-ci il tarixindən sonra anadan olmuş uşaqlar üçün valideynlərdən hər hansı birinin  xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənildiyi (Fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda) və ya uşağın doğum tarixində valideynlərin aktiv əmək müqaviləsi olduğu halda uşağın anadan olmasına görə müavinət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Əhalinin Dövlət Reyestri" Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemindən uşağın anadan olması haqqında əldə edilən məlumatlar əsasında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən proaktiv qaydada təyin edilir.(Heç bir quruma fiziki müraciət etmədən, avtomatlaşdırılmış şəkildə həyata keçirilir)

Fərdi qaydada çəkməçi, pinəçi fəaliyyət növü ilə məşğul olan şəxslər nə qədər məcburi dövlət sosial sığorta haqqı ödəyir?

Minimum aylıq əməkhaqqının 3 faizi miqdarında.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət necə hesablanır?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır.

Məcburi dövlət sosial sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə necə müəyyən edilir və kimin vəsaiti hesabına ödənilir?

Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

Məcburi dövlət sosial sığorta haqqı nədir?

Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir.

Məcburi dövlət sosial sığorta vəsaitləri hansı mənbələr hesabına yaradılır?

  • Məcburi və könüllü (əlavə) sosial sığorta üzrə daxil olan sığorta haqqı; 
  • dövlət büdcəsindən ayırmalar; 
  • maliyyə sanksiyalarının və cərimələrin tətbiqi nəticəsində daxil olan məbləğlər; 
  • sanatoriya-kurort yollayışlarının satışından əldə edilmiş vəsaitlər; 
  • bank kreditləri; 
  • qanunvericiliyə uyğun əldə edilmiş digər gəlirlər hesabına məcburi dövlət sosial sığorta vəsaitlərinin mənbələri formalaşır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilməsi sığortaolunanın işdən çıxarılmasının düzgünlüyü barəsində mübahisə getdiyi dövrdə baş vermişdirsə bu hal necə tənzimlənir?

Əmək qabiliyyətini müvəqqəti itirmə sığortaolunanın işdən çıxarılmasının düzgünlüyü barəsində mübahisə getdiyi dövrdə baş vermişdirsə, müavinət sığortaolunan işə bərpa olunduqda verilir. Bu zaman, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanın işə bərpa olunma barəsində qərarın çıxarıldığı günədək işə bərpa olunduğu gündən müəssisənin vəsaiti hesabına verilir.

Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla nə qədər məcburi dövlət sosial sığorta haqqı ödənilir?

Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı qurum tərəfindən təyin edilir?

Müavinət  sığortaolunanın iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən  təyin edilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 günü üçün həm əsas, həm də əlavə iş yeri (yerləri) üzrə, 14 gündən sonrakı günlər üçün isə əsas iş yeri üzrə sığortaedənin müvafiq komissiyası tərəfindən təyin edilir.

Fərdi qaydada toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növləri ilə məşğul olan şəxslər nə qədər məcburi dövlət sosial sığorta haqqı ödəyir?

Minimum aylıq əməkhaqqının 5 faizi miqdarında.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsi üçün tələb olunan sənədlər hansılardır?

1.Müavinətin təyin edilməsi ilə bağlı komissiyanın protokolunun surəti; 
2.Xəstəlik vərəqəsinin surəti;
3.Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəli;
4.Müavinət alan şəxsin bank rekviziti və ya poçt ünvanının (faktiki yaşayış ünvanı) surəti;
Xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri elektron qaydada əldə etmək mümkün olmadıqda kağız üzərində təqdim edilir.

Sosial sığortanın hansı formaları var?

Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur.

Məcburi dövlət sosial sığorta haqqı hansı dövr üçün hesablanır, hansı müddətdə və hansı formada ödənilir?

Məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.

Fərdi uçotla bağlı sığortaolunanın vəzifələri hansılardır?

1. Sığortaedənə adı, atasının adı, soyadı, doğulduğu il, ay, gün, doğulduğu yer, cinsi, daimi qeydiyyatda olduğu yerin, qaçqın və məcburi köçkünlərin isə məskunlaşdıqları yerin ünvanı, şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı, fərdi identifikasiya nömrəsi,vətəndaşlığı, telefon nömrəsi barəsində məlumatları təqdim etmək; 
2. Bu Qanuna əsasən fərdi şəxsi hesabına daxil edilməli olan fərdi məlumatları sığortaçıya təqdim etmək.

İşləyən əlilliyi olan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı hallarda altı aydan çox olmamaq şərti ilə verilir?

İşləyən əlilliyi olan şəxslərə (müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən başqa) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, istehsalat qəzası və peşə xəstəliyindən başqa qalan hallarda, ardıcıl və yaxud təkrar xəstələnmə zamanı təqvim ilində altı aydan çox olmamaq şərti ilə verilir.

İşləyən əlilliyi olan şəxslərə (vərəm xəstəliyi olan əlilliyi olan şəxslərdən başqa) vərəm xəstəliyi ilə xəstələndikdə əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət necə ödənilir?

Sağalanadək və ya vərəmlə xəstələnmə nəticəsində əlilliyi yenidən müəyyən edilənədək, lakin 12 aydan artıq olmamaq şərtilə verilir.

Sosial sığortanın prinsipləri hansılardır?

Sosial sığortanın prinsipləri aşağıdakılardır: 
-sosial sığortanın müntəzəmliyinə dövlət təminatı; 
-sosial sığortanın ümumiliyi; 
-sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi; 
-sosial sığorta subyektlərinin hüquq bərabərliyi; 
-dövlət sosial sığortasının məcburiliyi; 
-məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması.

Əmək haqqı saxlanılmadan məzuniyyətdə olan şəxsin əmək qabiliyyətini müvəqqəti itirilməsi məzuniyyətdən sonra da davam edərsə bu halda müavinət ödənilirmi?

Bəli, onda müavinət işçinin işə başlamalı olduğu gündən ümumi qayda üzrə verilir.

14 yaşa çatanadək xəstələnmiş uşağa qulluq edilməsi üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı müddətə qədər verilir?

Müavinət istər ambulator, istərsə də stasionar müalicəsi zamanı uşağın qulluğa ehtiyacı olan müddətədək verilir.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər və ailə kəndli təsərrüfatlarıda çalışanlar nə qədər məcburi dövlət sosial sığorta haqqı ödəyir?

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və əlilliyi olan uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: 
-5 hektaradək olduqda – 2 faiz miqdarında; 
-5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında; 
-10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinəti hansı qurumlar təyin edir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı.

Fərdi uçotla bağlı sığortaedənin hüquqları nələrdən ibarətdir?

1. Sığortaolunandan adı, atasının adı, soyadı, doğulduğu il, ay, gün, doğulduğu yer, cinsi, daimi qeydiyyatda olduğu yerin, qaçqın və məcburi köçkünlərin isə məskunlaşdıqları yerin ünvanı, şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı, fərdi identifikasiya nömrəsi,vətəndaşlığı, telefon nömrəsi barəsində məlumatların təqdim edilməsini tələb etmək, sığortaolunanın təqdim etdiyi məlumatları dəqiqləşdirmək; 
2. Sığortaolunanlara dair təqdim edilmiş fərdi uçot məlumatlarında aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dürüstləşmiş məlumatları elektron, habelə yazılı formada təqdim etmək.

Kimlərin sosial sığorta ödəmələrini almaq hüququ vardır?

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır.

Sığortaolunan kimdir?

Xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxsdir.

Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər nə qədər məcburi dövlət sosial sığorta haqqı ödəyir?

Minimum aylıq əməkhaqqının 3 faizi miqdarında.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı hansı formada ödənilir?

Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir: 
-Sığorta haqqına cəlb edilən aylıq gəlir 200 manatadək olduqda - 25% (sığortaolunanın gəlirlərindən -3%, sığortaedənin vəsaiti hesabına - 22%); 
-Sığorta haqqına cəlb edilən aylıq gəlir 200 manatdan çox olduqda- 25% (sığortaolunanın gəlirlərindən -6 manat   200 manatdan çox olan hissənin 10%-i, sığortaedənin vəsaiti hesabına - 44 manat   200 manatdan çox olan hissənin 15%-i).

Sosial sığorta nədir?

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, bu halda müavinət necə hesablanır?

Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.

Müvəqqəti olaraq işin dayandırıldığı müddət zamanı, hərbi toplanışlar və ya təhsil müəssisələrində istehsalatdan ayrılmamaqla təhsillə əlaqədar verilən əlavə məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi baş verdikdə müavinət ödənilirmi?

Bu halda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanın göstərilən müddət qurtardıqdan sonra işə başlamalı olduğu gündən verilir.

Uşağa qulluq etməkdən ötrü məzuniyyət zamanı şəxsə əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün müavinət ödənilirmi?

Xeyr,uşağa qulluq etməkdən ötrü məzuniyyət zamanı şəxsə əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün müavinət ödənilmir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı hallarda verilmir?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir: 
• 6 ay sosial sığorta stajı olmayan şəxslərə; 
• Əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə;
• İşdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdikdə; 
• Törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə; 
• Məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən başqa).

Xüsusi notariuslar nə qədər məcburi dövlət sosial sığorta haqqı ödəyir?

Xüsusi notariuslar üzrə - minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət kimlərə 80 faiz miqdarında verilir?

1. 8 ildən 12 ilə qədər sosial sığorta stajı olan sığortaolunanlara;
2. 21 yaşına çatmamış və 5 ilədək sosial sığorta stajı olan valideynlərini itirmiş sığortaolunanlara.

Dövlət sosial sığorta sistemində fərdi uçot nədir?

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsi üçün kimlər müraciət edə bilər?

Sığortaedənlər

Uşağın 3 yaşı tamam olanadək ona qulluğa görə müavinətin təyin edilməsindən hansı halda imtina edilir?

Xidmətin nəticəsində imtina əsəsları: 
-Sənədlərin natamamlığı; 
-Hüquqi əsasın olmaması; 
-məlumatların düzgün daxil edilməməsi.

Fərdi olaraq nəqqaşlıq emalatxanalarının fəaliyyəti ilə məşğul olan şəxslər nə qədər məcburi dövlət sosial sığorta haqqı ödəyir?

Minimum aylıq əməkhaqqının 3 faizi miqdarında.

Xəstələnmiş ailə üzvünə qulluq etmək üçün verilən məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı halda ödənilir?

Xəstələnmiş ailə üzvünə qulluq etmək üçün verilən məzuniyyət zamanı müavinət, bu şərtlə verilir ki, xəstəyə qulluq edilməməsi xəstənin həyatı və ya sağlamlığı üçün qorxu törətsin və tibbi göstərişə görə xəstəxanaya qoymaq imkanı olmasın.

Əmək haqqı saxlanılmadan məzuniyyətdə olan şəxsin əmək qabiliyyətini müvəqqəti itrdiyi dövr üçün müavinət ödənilirmi?

Xeyr, əmək haqqı saxlanılmadan məzuniyyətdə olan şəxsin əmək qabiliyyətini müvəqqəti itrdiyi dövr üçün müavinət ödənilmir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət kimlərə 100 faiz miqdarında verilir?

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara;
-Əfqanıstanda, 1990-cı ilin yanvar ayında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı xəsarət (yaralanma, travma, kontuziya) şəxslərə, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı zərər çəkənlərə;
-Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak edən şəxslərə, bu zaman həlak olanların, ölənlərin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına, habelə bu hadisələrdə iştirak edən hərbi qulluqçuların (o cümlədən müddətli xidmət hərbi qulluqçularının) arvadlarına; Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olanların valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına; Xidməti vəzifələrinin icrası zamanı həlak olan, ölən ədliyyə, miqrasiya və fövqəladə hallar orqanları sığortaolunanlarının valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına;
-1986—1990-cı illər Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövrdə Çernobıl AES-nin istismarında və ya digər işlərdə iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətinə;
-qanyaradıcı orqanların (kəskin leykoz), qalxanvari vəzinin (adinoidlər, xərçəng), bəd xasiyyətli şişlərin xəstəliyi zamanı;
-14 yaşınadək uşaqların Çernobıl AES-də qəzanın ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş valideynlərdən birinə iş stajından asılı olmayaraq, xəstə uşağa baxmağa görə;
- əmək qabiliyyətini postvaksinal fəsadla əlaqədar itirən vətəndaşlara;
- hemofiliya və talassemiya irsi qan xəstəliyi olan, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə
- qan və qan komponentlərinin donorluğu funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərə
- hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) arvadlarına, məcburi köçkünlərə və vərəm xəstəliyinə tutulmuş şəxslərə
- onkoloji xəstələrə
- yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda, ona qanunvericiliklə müəyyən edilən qaydada əlillik müəyyən edilənədək onun valideynlərindən birinə və ya qanuni nümayəndəsinə.

Fərdi şəxsi hesab nədir?

Hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır.

Azərbaycan Respublikasında əmək müqaviləsi ilə işləyən əcnəbi vətəndaşa əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilməlidir?

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır.

Haqq-hesab cədvəllərinin göndərilməsi üçün hər hansı vaxt məhdudiyyəti varmı?

Qeyd olunan halla bağlı qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Əmək məzuniyyətində olduğu vaxtda əmək qabiliyyətini müvəqqəti itirmiş şəxsə əmək qabiliyyətinin itirilməsinə görə müavinət təyin edilirmi?

 Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müəssisənin olduğu yerdən kənarda (məsələn, ezamiyyət zamanı, məzuniyyət dövründə və i.a.) baş verdikdə də müavinət sığortaolunanın iş yerində təyin olunur və müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada verilir.

Yenilənmə tarixi: 07.08.2025