FAQ
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (gözdən əlilliyi olan şəxslər daxil olmaqla) əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi necə həyata keçirilir?
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (gözdən əlilliyi olan şəxslər daxil olmaqla) əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü hər hansı bir dövlət qurumuna müraciət və ya sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir.
20 Yanvar şəhidi ailəsinə Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər hansılardır?
1. Şəxsiyyət vəsiqəsi;
2.“20 Yanvar şəhidi” fəxri adı ilə təltif olunma haqqında vəsiqə və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı;
3."20 Yanvar" şəhidinin ölüm haqqında şəhadətnaməsi;
4. Şəxslərin 20 Yanvar şəhidinin təqaüd almaq hüququ olan ailə üzvləri olmasını təsdiq edən sənədlər (20 Yanvar şəhidinin övladlarına və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına münasibətdə həmin şəxslərin doğum haqqında şəhadətnamələri, valideynlərinə münasibətdə 20 Yanvar şəhidinin doğum haqqında şəhadətnaməsi, habelə 20 Yanvar şəhidinin vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnaməsi);
5. 20 Yanvar şəhidinin dul arvadının (ərinin) şəhidlə nikahı haqqında şəhadətnamə;
6. 20 Yanvar şəhidinin 23 yaşınadək övladının (övladlarının) peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisəsində təhsil alması barədə müvafiq təhsil müəssisəsinin arayışı;
7. 20 Yanvar şəhidinin 18 yaşına çatmamış (təhsil alanlar təhsilini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan uşaq evində tərbiyə olunan qardaş və bacıları olduqda bu barədə həmin müəssisənin arayışı;
8. Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
20 Yanvar şəhidi ailəsinə Prezident təqaüdünün məbləği nə qədərdir?
20 Yanvar şəhidi ailəsinə Prezident təqaüdünün məbləği 700 manatdır.
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsindən hansı halda imtina edilir?
Təqaüdün təyin edilməsindən imtina edilməsinin əsasları:
1. Sənədlərin natamamlığı;
2. Hüquqi əsasının olmaması.
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün kimlər müraciət edə bilər?
1. Azərbaycan Respublikasının vətəndaşları;
2. Əcnəbilər (daimi yaşayış hüququ olan);
3. Vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər hansılardır?
1. Müraciət edənin şəxsiyyət vəsiqəsi;
2. Böyük Vətən müharibəsi iştirakçısı vəsiqəsinin və ya Böyük Vətən müharibəsi iştirakçısı olması barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin arayışı;
3. “Leninqradın müdafiəsinə görə” medalının və ya “Leninqrad mühasirəsində yaşayan” döş nişanının vəsiqəsi.
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Prezident təqaüdünün məbləği nə qədərdir?
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Prezident təqaüdünün məbləği 330 manatdır.
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə (valideynlərinə, dul arvadlarına) Prezident təqaüdünün təyin edilməsindən hansı halda imtina edilir?
Təqaüdün təyin edilməsindən imtina edilməsinin əsasları:
1. Sənədlərin natamamlığı;
2. Hüquqi əsasının olmaması.
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə (valideynlərinə, dul arvadlarına) Prezident təqaüdünün təyin edilməsi üçün kimlər müraciət edə bilər?
1. Azərbaycan Respublikasının vətəndaşları;
2. Əcnəbilər (daimi yaşayış hüququ olan);
3. Vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün kimlər müraciət edə bilər?
1. Azərbaycan Respublikasının vətəndaşları;
2. Əcnəbilər (daimi yaşayış hüququ olan);
3. Vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər hansılardır?
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə:
1. Şəxsiyyət vəsiqəsi (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi);
2. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) ərizəsi və onların qohumluq əlaqəsini təsdiq edən sənədlər;
3. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq yerli qurumuna, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilməlidir;
4. Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən, ailə üzvü olmayan şəxslərə münasibətdə:
1. Şəxsiyyət vəsiqəsi (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi);
2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarı və Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) ərizəsi;
3. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq yerli qurumuna, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilməlir;
4. Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxsə münasibətdə;
1. Şəxsiyyət vəsiqəsi (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi);
2. Fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarı;
3. Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Prezident təqaüdünün məbləği nə qədərdir?
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Prezident təqaüdünün məbləği 120 manatdır.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün müraciətə hansı müddətdə baxılır?
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün müraciətə 5 (beş) iş günü müddətinə baxılır.
Əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Prezident təqaüdünün təyin edilməsindən hansı halda imtina edilir?
Təqaüdün təyin edilməsindən imtina edilməsinin əsasları:
1. Sənədlərin natamamlığı;
2. Hüquqi əsasının olmaması.
Əlilliyi olan uşaqlara qulluq edən şəxslərə görə Prezident təqaüdünün təyin edilməsi üçün kimlər müraciət edə bilər?
1. Azərbaycan Respublikasının vətəndaşları;
2. Əcnəbilər (daimi yaşayış hüququ olan);
3. Vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün məbləği nə qədərdir?
1. Orqanizmin funksiyaları 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 600 manat
2. Orqanizmin funksiyaları 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 500 manat
3. Orqanizmin funksiyaları 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 400 manat
Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsindən hansı halda imtina edilir?
Təqaüdün təyin edilməsindən imtina edilməsinin əsasları:
1. Sənədlərin natamamlığı;
2. Hüquqi əsasının olmaması.
Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün kimlər müraciət edə bilər?
1. Azərbaycan Respublikasının vətəndaşları;
2. Əcnəbilər (daimi yaşayış hüququ olan);
3. Vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər hansılardır?
1. Müraciət edənin şəxsiyyət vəsiqəsi;
2. Ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd.
Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün məbləği nə qədərdir?
1. Orqanizmin funksiyaları 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 600 manat;
2. Orqanizmin funksiyaları 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 500 manat;
3. Orqanizmin funksiyaları 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 400 manat.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təyin edilməsindən hansı halda imtina edilir?
Təqaüdün təyin edilməsindən imtina edilməsinin əsasları:
1. Sənədlərin natamamlığı;
2. Hüquqi əsasının olmaması.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər hansılardır?
1. Şəxsiyyət vəsiqəsi;
2. Fərdi təqaüdün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı;
3. Bank hesabının nömrəsi barədə arayış;
4. Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği nə qədərdi?
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 1700 (min yeddi yüz) manatdır.
“Xalq” və “Əməkdar” fəxri adlarına görə Prezident təqaüdünün təyin edilməsindən hansı halda imtina edilir?
Təqaüdün təyin edilməsindən imtina edilməsinin əsasları:
1. Sənədlərin natamamlığı;
2. Hüquqi əsasının olmaması.
“Xalq” və “Əməkdar” fəxri adlarına görə Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər hansılardır?
1. Şəxsiyyət vəsiqəsi;
2. Fəxri adla təltif olunma haqqında vəsiqə və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı;
3. Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
Azərbaycanın "Milli Qəhrəmanı" adı verilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsindən hansı halda imtina edilir?
Təqaüdün təyin edilməsindən imtina edilməsinin əsasları:
1. Sənədlərin natamamlığı;
2. Hüquqi əsasının olmaması.
Azərbaycanın "Milli Qəhrəmanı" adı verilmiş şəxslərə Prezident təqaüdünün məbləği nə qədərdir?
Azərbaycanın "Milli Qəhrəmanı" adı verilmiş şəxslərə Prezident təqaüdünün məbləği 2000 (iki min) manatdır.
Müharibə veteranlarına Prezident təqaüdünün təyin edilməsindən hansı halda imtina edilir?
Təqaüdün təyin edilməsindən imtina edilməsinin əsasları:
1. Sənədlərin natamamlığı;
2. Hüquqi əsasının olmaması.
Müharibə veteranlarına Prezident təqaüdünün təyin edilməsi üçün kimlər müraciət edə bilər?
1. Azərbaycan Respublikasının vətəndaşları;
2. Əcnəbilər (daimi yaşayış hüququ olan);
3. Vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Müharibə veteranlarına Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər hansılardır?
1. Şəxsiyyət vəsiqəsi (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi);
2. “Müharibə veteranı” vəsiqəsi;
3. Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
Müharibə veteranlarına Prezident təqaüdünün məbləği nə qədərdir?
Müharibə veteranlarına Prezident təqaüdünün məbləği 80 manatdır.
Şəhid ailəsinə Prezident təqaüdünün təyin edilməsindən hansı halda imtina edilir?
Təqaüdün təyin edilməsindən imtina edilməsinin əsasları:
1. Sənədlərin natamamlığı;
2. Hüquqi əsasının olmaması.
Şəhid ailəsinə Prezident təqaüdünün məbləği nə qədərdir?
Şəhid ailəsinə Prezident təqaüdünün məbləği 700 manatdır.
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsindən hansı halda imtina edilir?
Təqaüdün təyin edilməsindən imtina edilməsinin əsasları:
1. Sənədlərin natamamlığı;
2. Hüquqi əsasının olmaması.
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün kimlər müraciət edə bilər?
1. Azərbaycan Respublikasının vətəndaşları;
2. Əcnəbilər (daimi yaşayış hüququ olan);
3. Vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Ümumi səbələrdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər hansılardır?
1. Şəxsiyyət vəsiqəsi;
2. Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezident təqaüdünün məbləği nə qədərdir?
250 manat
Ümumi səbələrdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə görə Prezident təqaüdünün təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?
Prezident təqaüdünün təyin edilməsi üçün:
1. "DOST" mərkəzlərinə;
2. Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə müraciət edilə bilər.
Xidmət üzrə daxil olan müraciətlərin formaları:
1. Şəxsən;
2. Nümayəndə müraciət etdiyi halda etibarnamə ilə;
3. Qəyyum (himayəçi) müraciət etdiyi halda qəyyumluğu təsdiq edən sənəd ilə.
Vətəndaş əmək veteranıdır, bu halda veteranlığa görə 80 AZN Prezident təqaüdü üçün müraciət edə bilərmi?
Xeyr. Əmək veteranlığına görə 80 AZN Prezident təqaüdü qanunvericilikdə nəzərdə tutulmayıb. Veteranlığa görə Prezident təqaüdü yalnız Müharibə veteranlarına şamil edilir.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən eyni zamanda işləyən şəxslərə Prezident təqaüdü verilirmi?
Orqanizmin funksiyaları 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Prezident təqaüdü əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq verilir.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Prezident təqaüdü üçün hansı ailə üzvü müraciət edə bilər?
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvü dedikdə, onun valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), övladları (o cümlədən övladlığa götürülənlər), onların ərləri (arvadları), bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, bacıları, qardaşları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin ailə üzvü dedikdə isə onların valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), bacıları, qardaşları, ərinin (arvadının) valideynləri, bacıları və qardaşları nəzərdə tutulur.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Prezident təqaüdünün təyin edilməsindən hansı halda imtina edilir?
Təqaüdün təyin edilməsindən imtina edilməsinin əsasları:
1.Sənədlərin natamamlığı;
2. Hüquqi əsasının olmaması.
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünü hansı qurum təyin edir?
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu
Orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Prezident təqaüdünü hansı qurum təyin edir?
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə (valideynlərinə, dul arvadlarına) Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər hansılardır?
1. Şəxsiyyət vəsiqəsi;
2. Müraciət edən şəxsin Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçu ilə qohumluğunu təsdiq edən sənəd (valideynlərinə münasibətdə - hərbi qulluqçunun doğum haqqında şəhadətnaməsi, dul arvadına münasibətdə - nikah haqqında şəhadətnaməsi);
3. Şəxsin Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olması barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin arayışı;
4. Ölüm haqqında şəhadətnamə;
5. Şəxsin itkin düşmüş və yaxud ölmüş hesab edilməsi barədə məhkəmənin qətnaməsi;
6. Təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat;
7. Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
Əlilliyi olan uşaqlara qulluq edən şəxslərə görə Prezident təqaüdünü hansı qurum təyin edir?
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu təyin edir.
Fəxri ada görə verilən təqaüd vətəndaşa iş yeri tərəfindən ödənilirdi. Hal-hazırda vətəndaş işsizdir, təqaüdün ödənilməsi üçün hara müraciət edilməlidir?
Fəxri adlara layiq görülmüş şəxslərə təqaüd Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir və bununla bağlı müvafiq məlumatı almaq üçün aidiyyəti üzrə DOST mərkəzlərinə və ya Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına müraciət edilməlidir. Qeyd edək ki, 01.01.2021-ci il tarixindən fəxri adlarla təltif edilmiş şəxslərə təqaüd şəxsin işləyib-işləməməsindən asılı olmayaraq proaktiv qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təyin edilir.
1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün Prezident təqaüdünü hansı qurum təyin edir?
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu təyin edir.
20 Yanvar şəhidi ailəsinə Prezident təqaüdünün icrasını təmin edən qurum hansıdır?
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu təyin edir.
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Prezident təqaüdünün icrasını təmin edən qurum hansıdır?
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu icrasını təmin edir.
Əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər hansılardır?
1. Şəxsiyyət vəsiqəsi;
2. Əlilliyi olan uşaqlara münasibətdə onların qohumluq əlaqəsini təsdiq edən sənəd;
3. Əlilliyi olan uşaqlara münasibətdə onlarla qohumluq əlaqəsi olmayan qəyyumlar (himayəçilər) müraciət etdikdə, müraciətə qəyyumluq (himayəçilik) təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarı;
4. Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
Əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Prezident təqaüdünün məbləği nə qədərdi?
Əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Prezident təqaüdünün məbləği 120 manatdır.
Əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün müraciətinə hansı müddətdə baxılır?
Əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün müraciətinə 5 (beş) iş günü müddətinə baxılır.
Əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Prezident təqaüdü hansı müddətə təyin edilir?
Əlilliyi olan uşaqlara qulluq edən şəxsə Prezident təqaüdü uşağın əlilliyinin təyin edildiyi müddətə qədər verilir.
Ailədə iki və daha artıq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs(lər) və ya əlilliyi olan uşaqlar olduqda, onlara qulluq edən şəxs(lər)ə Prezident təqaüdü necə ödənilir?
Onlara qulluq edən şəxsə Prezident təqaüdü orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs(lər) və ya əlilliyi olan uşaqların hər birinə görə ödənilir.
Tam dövlət təminatında olan,orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa qulluq edən şəxslərə Prezident təqaüdü ödənilirmi?
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.4-cü maddəsinə uyğun olaraq qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan və müvafiq tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və ya digər oxşar müəssisələrdə olan və ya bu müəssisələrə yerləşdirilmiş fiziki şəxslərin qəyyumları və himayəçiləri həmin müəssisələrdir. Qeyd edilən müəssisələrdə yerləşdirilən və tam dövlət təminatında olan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edilməsinə görə Prezident təqaüdü ödənilmir.
Hansı halda orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa qulluq edən şəxslərə Prezident təqaüdünün ödənişi dayandırılır?
Aşağıdakı hallarda təqaüdün ödənişi dayandırılır:
1. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya əlilliyi olan uşaq, habelə şəxs vəfat etdikdə və ya yaşayış yerini dəyişdikdə;
2. Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
3. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin həmin faiz dərəcəsi dəyişdirildikdə və ya ləğv edildikdə, əlilliyi olan uşağın əlilliyinin müddəti bitdikdə və ya ləğv edildikdə;
4. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və ya əlilliyi olan 14-18 yaşınadək uşaq (14 yaşadək uşaqlara münasibətdə qəyyumluq və himayə orqanı) təqaüd alan şəxsin onlara qulluq etmədiyi barədə müraciət etdikdə.
Vətəndaş orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq üçün 120 AZN Prezident təqaüdü verildiyini düşünür və onun üçün müraciət edə bilərmi?
Xeyr, Qeyd olunan Prezident təqaüdü yalnız orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə təyin olunur.
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərin aldığı əmək pensiyasının sığorta hissəsinə hansı əlavələr vardır?
1 yanvar 2021-ci il tarixdən ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinə 110 manat məbləğində əlavə ləğv edilmişdir. Hazırda 350 manat məbləğində Prezident təqaüdü ödənilir.
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün məbləği nə qədərdir?
2025-ci il iyulun 1-dən ümumi səbəblərdən orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi olan şəxslərə Prezident təqaüdünün aylıq məbləği 350 manatdır.
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxsə Prezident təqaüdü ilə eyni zamanda ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə verilən 250 manat Prezident təqaüdünü ala bilərmi?
Xeyr ala bilməz. Eyni təyinatlı iki növ təqaüdü almaq imkanı olan şəxsə yalnız bir növ təqaüd təyin edilir.
“Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Prezident təqaüdünün məbləği nə qədərdir?
“Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Prezident təqaüdünün məbləği 2200 (iki min iki yüz) manatdır.
Şəhid ailəsinə Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər hansılardır?
1. Şəxsiyyət vəsiqəsi;
2. Müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd;
3. Şəhid ailələrinə verilən vəsiqə;
4. Təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə;
5. Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
Elmlər doktoru elmi dərəcəsi olan şəxslərə Prezident təqaüdü hansı şərtlərdə təyin olunur və məbləği nə qədərdir?
2021-ci il yanvarın 1-dən etibarən əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təsis edilmişdir. Məbləği 500 manatdır.
Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslərə Prezident təqaüdü hansı şərtlərdə təyin olunur və məbləği nə qədərdir?
2021-ci il yanvarın 1-dən etibarən əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təsis edilmişdir. Məbləği 300 manatdır.
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə (valideynlərinə, dul arvadlarına) Prezident təqaüdünün məbləği nə qədərdir?
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə (valideynlərinə, dul arvadlarına) Prezident təqaüdünün məbləği 700 manatdır.
Böyük Vətən Müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsindən hansı halda imtina edilir?
Təqaüdün təyin edilməsindən imtina edilməsinin əsasları:
1. Sənədlərin natamamlığı;
2. Hüquqi əsasının olmaması.
Böyük Vətən Müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün kimlər müraciət edə bilər?
1. Azərbaycan Respublikasının vətəndaşları;
2. Əcnəbilər (daimi yaşayış hüququ olan);
3. Vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Böyük Vətən Müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər hansılardır?
1. Şəxsiyyət vəsiqəsi;
2. Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
Böyük Vətən Müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün məbləği nə qədərdi?
1.Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslər - 600 manat;
2. Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi olan şəxslər - 500 manat;
3. Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi olan şəxslər - 400 manat.
Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmət vəifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsindən hansı halda imtina edilir?
Təqaüdün təyin edilməsindən imtina edilməsinin əsasları:
1. Sənədlərin natamamlığı;
2. Hüquqi əsasının olmaması.
Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmət vəifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün kimlər müraciət edə bilər?
1. Azərbaycan Respublikasının vətəndaşları;
2. Əcnəbilər (daimi yaşayış hüququ olan);
3. Vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmət vəifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər hansılardır?
1. Şəxsiyyət vəsiqəsi;
2. Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmət vəifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün məbləği nə qədərdir?
1.Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslər - 600 manat;
2. Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi olan şəxslər - 500 manat;
3. Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi olan şəxslər - 400 manat.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsindən hansı halda imtina edilir?
Təqaüdün təyin edilməsindən imtina edilməsinin əsasları:
1. Sənədlərin natamamlığı;
2. Hüquqi əsasının olmaması.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün kimlər müraciət edə bilər?
1. Azərbaycan Respublikasının vətəndaşları;
2. Əcnəbilər (daimi yaşayış hüququ olan);
3. Vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər hansılardır?
1. Şəxsiyyət vəsiqəsi;
2. Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsindən hansı halda imtina edilir?
Təqaüdün təyin edilməsindən imtina edilməsinin əsasları:
1. Sənədlərin natamamlığı;
2. Hüquqi əsasının olmaması.
1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün kimlər müraciət edə bilər?
1. Azərbaycan Respublikasının vətəndaşları;
2. Əcnəbilər (daimi yaşayış hüququ olan);
3. Vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər hansılardır?
1. Şəxsiyyət vəsiqəsi;
2. Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün Prezident təqaüdünün məbləği nə qədərdir?
1. Orqanizmin funksiyaları 81-100 faiz pozulmuş şəxslər - 600 manat;
2. Orqanizmin funksiyaları 61-80 faiz pozulmuş şəxslər - 500 manat;
3. Orqanizmin funksiyaları 31-60 faiz pozulmuş şəxslər - 400 manat.
20 Yanvar şəhidi ailəsinə Prezident təqaüdünün təyin edilməsindən hansı halda imtina edilir?
Təqaüdün təyin edilməsindən imtina edilməsinin əsasları:
1. Sənədlərin natamamlığı;
2. Hüquqi əsasının olmaması.
20 Yanvar şəhidi ailəsinə Prezident təqaüdünün təyin edilməsi üçün kimlər müraciət edə bilər?
1. Azərbaycan Respublikasının vətəndaşları;
2. Əcnəbilər (daimi yaşayış hüququ olan);
3. Vətəndaşlığı olmayan şəxslər (daimi yaşayış hüququ olan).
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə (valideynlərinə, dul arvadlarına) Prezident təqaüdünün təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə (valideynlərinə, dul arvadlarına) Prezident təqaüdünün təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?
Prezident təqaüdünün təyin edilməsi üçün:
1. "DOST" mərkəzlərinə;
2. Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə müraciət edilə bilər.
Xidmət üzrə daxil olan müraciətlərin formaları:
1. Şəxsən;
2. Nümayəndə müraciət etdiyi halda etibarnamə ilə;
3. Qəyyum (himayəçi) müraciət etdiyi halda qəyyumluğu təsdiq edən sənəd ilə.
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə (valideynlərinə, dul arvadlarına) Prezident təqaüdünün icrasını təmin edən qurum hansıdır?
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu icrasını təmin edir.
Müharibə veteranlarına Prezident təqaüdünün təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?
Prezident təqaüdünün təyin edilməsi üçün:
1. "DOST" mərkəzlərinə;
2. Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə müraciət edilə bilər.
Xidmət üzrə daxil olan müraciətlərin formaları:
1. Şəxsən;
2. Nümayəndə müraciət etdiyi halda etibarnamə ilə;
3. Qəyyum (himayəçi) müraciət etdiyi halda qəyyumluğu təsdiq edən sənəd ilə.
Böyük Vətən Müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün icrasını təmin edən qurum hansıdır?
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu icrasını təmin edir.
Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmət vəifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün icrasını təmin edən qurum hansıdır?
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu icrasını təmin edir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün icrasını təmin edən qurum hansıdır?
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu icrasını təmin edir.
Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün icrasını təmin edən qurum hansıdır?
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu icrasını təmin edir.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü hansı qurum təyin edir?
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu təyin edir.
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Prezident təqaüdünü təyin edən qurum hansıdır?
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu təyin edir.
Müharibə veteranlarına Prezident təqaüdünü hansı qurum təyin edir?
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu təyin edir.
Şəhid ailəsinə Prezident təqaüdünü hansı qurum təyin edir?
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu təyin edir.
Hansı hallarda Azərbaycan Respublikası Prezidentinin təqaüdü Azərbaycan Respublikasından kənarda yaşayanların Azərbaycan Respublikasının banklarında açılmış şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürülür?
Şəhidin, o cümlədən vəfat etmiş Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxsin, habelə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü onların arzularına əsasən Azərbaycan Respublikasının banklarında açılmış şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürülür.
Azərbaycanın "Milli Qəhrəmanı" adı verilmiş şəxslərə və ya onların ailə üzvlərinə Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər hansılardır?
1. Şəxsiyyət vəsiqəsi;
2. “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunma haqqında vəsiqə və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı;
3. Azərbaycanın Milli Qəhrəmanının ölüm haqqında şəhadətnaməsi (həmin ad şəxsin ölümündən sonra verildikdə və ya şəxs sonradan vəfat etdikdə);
4. Şəxslərin Azərbaycanın Milli Qəhrəmanının təqaüd almaq hüququ olan ailə üzvləri olmasını təsdiq edən sənədlər (Azərbaycanın Milli Qəhrəmanının övladlarına və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına münasibətdə həmin şəxslərin doğum haqqında şəhadətnamələri, valideynlərinə münasibətdə Azərbaycanın Milli Qəhrəmanının doğum haqqında şəhadətnaməsi, habelə Azərbaycanın Milli Qəhrəmanının vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnaməsi);
5. Vəfat etmiş Azərbaycanın Milli Qəhrəmanının dul arvadının (ərinin) Azərbaycanın Milli Qəhrəmanı ilə nikahı haqqında şəhadətnamə;
6. Azərbaycanın Milli Qəhrəmanının 23 yaşınadək övladının (övladlarının) peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisəsində təhsil alması barədə müvafiq təhsil müəssisəsinin arayışı;
7. Azərbaycanın Milli Qəhrəmanının 18 yaşına çatmamış (təhsil alanlar təhsilini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan uşaq evlərində tərbiyə olunan qardaş və bacıları olduqda bu barədə həmin müəssisənin arayışı;
8. Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?
Prezident təqaüdünün təyin edilməsi üçün:
1."DOST" mərkəzlərinə;
2. Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə müraciət edilə bilər.
Xidmət üzrə daxil olan müraciətlərin formaları:
1. Şəxsən;
2. Nümayəndə müraciət etdiyi halda etibarnamə ilə;
3. Qəyyum (himayəçi) müraciət etdiyi halda qəyyumluğu təsdiq edən sənəd ilə.
Böyük Vətən Müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?
Prezident təqaüdünün təyin edilməsi üçün:
1."DOST" mərkəzlərinə;
2. Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə müraciət edilə bilər.
Xidmət üzrə daxil olan müraciətlərin formaları:
1. Şəxsən;
2. Nümayəndə müraciət etdiyi halda etibarnamə ilə;
3. Qəyyum (himayəçi) müraciət etdiyi halda qəyyumluğu təsdiq edən sənəd ilə.
Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş və ya sonradan vəfat etmiş" Vətən Müharibəsi Qəhrəmanı"nın ailə üzvləri həmin Prezident təqaüdünü ala bilərmi?
"Vətən Müharibəsi Qəhrəmanı" adına görə Prezident təqaüdünün məbləği şəxsin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir:
1. Dul arvadına (ərinə), valideynlərinə;
2. 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;
3. Birinci növbədən digər qohumları olmayan baba və nənələrinə.
Şəhid ailəsinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?
Prezident təqaüdünün təyin edilməsi üçün:
1."DOST" mərkəzlərinə;
2. Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə müraciət edilə bilər.
Xidmət üzrə daxil olan müraciətlərin formaları:
1. Şəxsən;
2. Nümayəndə müraciət etdiyi halda etibarnamə ilə;
3. Qəyyum (himayəçi) müraciət etdiyi halda qəyyumluğu təsdiq edən sənəd ilə.
Müharibə veteranlarına Prezident təqaüdünün təyin edilməsi necə həyata keçirilir?
Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü 01.01.2022-ci il tarixindən hər hansı bir dövlət qurumuna müraciət və ya sənəd təqdim edilmədən proaktiv qaydada təyin olunur.
Əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?
Prezident təqaüdünün təyin edilməsi üçün:
1."DOST" mərkəzlərinə;
2. Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə müraciət edilə bilər.
Xidmət üzrə daxil olan müraciətlərin formaları:
1. Şəxsən;
2. Nümayəndə müraciət etdiyi halda etibarnamə ilə;
3. Qəyyum (himayəçi) müraciət etdiyi halda qəyyumluğu təsdiq edən sənəd ilə.
“Xalq” və “Əməkdar” fəxri adlarına görə Prezident təqaüdünün məbləği nə qədərdir?
1. "Xalq" fəxri adına görə 300 manat;
2. "Əməkdar" fəxri adına görə 200 manat.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər Prezident təqaüdünün təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?
Prezident təqaüdünün təyin edilməsi üçün:
1."DOST" mərkəzlərinə;
2. Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə müraciət edilə bilər.
Xidmət üzrə daxil olan müraciətlərin formaları:
1. Şəxsən;
2. Nümayəndə müraciət etdiyi halda etibarnamə ilə;
3. Qəyyum (himayəçi) müraciət etdiyi halda qəyyumluğu təsdiq edən sənəd ilə.
Vətəndaşlar Prezident təqaüdünün ödənişi ilə bağlı, bank kartlarının hazır olub-olmaması və haradan götürülməsi ilə bağlı məlumatı necə əldə edə bilərlər?
DOST Çağrı Mərkəzi 142-yə zəng etməklə, Dövlət Sosial Müdafiə Fondu, yaşayış yeri üzrə Fondun şəhər (rayon) şöbələrinə və "DOST" mərkəzlərinə müraciət etməklə məlumat əldə edə bilərlər. Müraciət onların adından bu məqsədlə etibarnamə verilmiş nümayəndələri tərəfindən də edilə bilər. Kart hazır olduğu təqdirdə "DOST" mərkəzlərindən və müvafiq bank filiallarından əldə edə bilərlər.
Vətəndaş elmlər doktoru elmi dərəcəsi olduğu üçün əmək pensiyasının sığorta hissəsinin üzərində verilən 200 manat əlavə ilə Elmlər doktoru üçün Prezident təqaüdünü eyni zamanda ala bilərmi?
Xeyr ala bilməz çünki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanununa edilmiş dəyişikliyə əsasən qanunun 19-cu maddəsi ləğv edilib (yəni sığorta hissəsinə əlavələr haqqında maddə) və sığorta hissəsinə əlavənin əvəzinə 2021-ci il yanvarın 1-dən Elmlər doktoru üçün Prezident təqaüdü təsis edilib ödənilir. Bu təqaüdün aylıq məbləği 01.01.2023-cü il tarixindən 500 manat müəyyən olunub.
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?
Prezident təqaüdünün təyin edilməsi üçün:
1."DOST" mərkəzlərinə;
2. Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə müraciət edilə bilər.
Xidmət üzrə daxil olan müraciətlərin formaları:
1. Şəxsən;
2. Nümayəndə müraciət etdiyi halda etibarnamə ilə;
3. Qəyyum (himayəçi) müraciət etdiyi halda qəyyumluğu təsdiq edən sənəd ilə.
Vətəndaş ümumi səbəblərdən orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxs olduğu üçün həm əmək pensiyasının sığorta hissəsinə 110 manat edilmiş əlavəni, həm də Azərbaycan Respublikası Prezidentinin 300 manat təqaüdünü ala bilərmi?
Xeyr, ala bilməz, çünki "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanununa edilmiş dəyişikliyə əsasən qanunun 19-cu maddəsi ləğv edilib (yəni sığorta hissəsinə əlavələr haqqında maddə) və sığorta hissəsinə əlavənin əvəzinə 2021-ci il yanvarın 1-dən ümumi səbəblərdən orqanizm funksiyaları 81-100 faiz pozulmuş gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib ödənilir. Bu təqaüdün aylıq məbləği 01.07.2025-ci il tarixindən 350 manat müəyyən olunub.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?
Prezident təqaüdünün təyin edilməsi üçün:
1."DOST" mərkəzlərinə;
2. Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə müraciət edilə bilər.
Xidmət üzrə daxil olan müraciətlərin formaları:
1. Şəxsən;
2. Nümayəndə müraciət etdiyi halda etibarnamə ilə;
3. Qəyyum (himayəçi) müraciət etdiyi halda qəyyumluğu təsdiq edən sənəd ilə.
Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?
Prezident təqaüdünün təyin edilməsi üçün:
1."DOST" mərkəzlərinə;
2. Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə müraciət edilə bilər.
Xidmət üzrə daxil olan müraciətlərin formaları:
1. Şəxsən;
2. Nümayəndə müraciət etdiyi halda etibarnamə ilə;
3. Qəyyum (himayəçi) müraciət etdiyi halda qəyyumluğu təsdiq edən sənəd ilə.
Müharibə veteranlarına Prezident təqaüdünün verilməsi qaydaları ilə bağlı sualları hara ünvanlamaq mümkündür?
Vətəndaşlar Nazirliyin rəsmi saytından onlayn qaydada, yazılı birbaşa müraciət əsasında, Nazirliyin, Fondun qəbul şöbələrinə yaxınlaşmaqla, DOST Çağrı Mərkəzi 142-yə zəng etməklə, yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə və ya "DOST" mərkəzlərinə müraciət etməklə təqdim edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər.
Fəxri adlara görə Prezident təqaüdlərinin ödənişi hansı qurumlar tərəfindən həyata keçirilir?
"Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında" Azərbaycan Respublikasi Prezidentinin 04 iyul 2005-ci il tarixli 878 nömrəli Sərəncamına əsasən, fəxri adlara layiq görülmüş şəxslərə təqaüd Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir. 01.01.2021-ci il tarixdən etibarən isə vətəndaşın hansı qurumda çalışmasından asılı olmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
Vətəndaş "fəlsəfə doktoru" və ya "elmlər doktoru" elmi dərəcəsi olması səbəbilə əmək pensiyasının sığorta hissəsinə əlavə alırdı. Vətəndaş həm əmək pensiyasına əlavəni, həm də Prezident təqaüdünü eyni anda ala bilərmi?
Qeyd edilən təqaüd, əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə ödənilir. İki ödəniş eyni anda alına bilməz.
“Xalq” və “Əməkdar” fəxri adlarına görə Prezident təqaüdlərinin təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?
Prezident təqaüdünün təyin edilməsi üçün:
1."DOST" mərkəzlərinə;
2. Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə müraciət edilə bilər.
Xidmət üzrə daxil olan müraciətlərin formaları:
1. Şəxsən;
2. Nümayəndə müraciət etdiyi halda etibarnamə ilə;
3. Qəyyum (himayəçi) müraciət etdiyi halda qəyyumluğu təsdiq edən sənəd ilə.
“Xalq” və “Əməkdar” fəxri adlarına görə Prezident təqaüdünü təyin edən qurum hansıdır?
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu təyin edir.
1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə görə Prezident təqaüdünün təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?
Prezident təqaüdünün təyin edilməsi üçün:
1."DOST" mərkəzlərinə;
2. Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə müraciət edilə bilər.
Xidmət üzrə daxil olan müraciətlərin formaları:
1. Şəxsən;
2. Nümayəndə müraciət etdiyi halda etibarnamə ilə;
3. Qəyyum (himayəçi) müraciət etdiyi halda qəyyumluğu təsdiq edən sənəd ilə.
Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmət vəifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər Prezident təqaüdünün təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət etməlidirlər?
Prezident təqaüdünün təyin edilməsi üçün:
1."DOST" mərkəzlərinə;
2. Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə müraciət edilə bilər.
Xidmət üzrə daxil olan müraciətlərin formaları:
1. Şəxsən;
2. Nümayəndə müraciət etdiyi halda etibarnamə ilə;
3. Qəyyum (himayəçi) müraciət etdiyi halda qəyyumluğu təsdiq edən sənəd ilə.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?
Prezident təqaüdünün təyin edilməsi üçün:
1."DOST" mərkəzlərinə;
2. Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə müraciət edilə bilər.
Xidmət üzrə daxil olan müraciətlərin formaları:
1. Şəxsən;
2. Nümayəndə müraciət etdiyi halda etibarnamə ilə;
3. Qəyyum (himayəçi) müraciət etdiyi halda qəyyumluğu təsdiq edən sənəd ilə.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən övladı müvafiq təqaüdün təyin edilməsi üçün müraciət edir. Bu zaman yaş həddi ən az neçə olmalıdır? (belə bir hədd müəyyən edilibmi?)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarınnı 4.1-ci bəndinə uyğun olaraq şəxsin 18 yaşına çatmış övladı müvafiq təqaüdün təyin edilməsi üçün müraciət edə bilər.
Yenilənmə tarixi: 22.08.2025