Məxfilik siyasəti
Bu Məxfilik Siyasəti (“Siyasət”) “e-Sosial” internet portalının (bundan sonra “e-Sosial”) təqdim etdiyi xidmətlərdən istifadə zamanı İstifadəçilərin (“Siz” və ya “İstifadəçi”) fərdi məlumatlarının toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı əsas prinsipləri və tələbləri müəyyən edir. “e-Sosial” xidmətlərindən istifadə edərək Siz bu Siyasətdə göstərilənlərlə razılaşırsınız.
1. Fərdi məlumatların toplanılması
“e-Sosial”-da göstərilən xidmətlərin və fəaliyyətin təmin edilməsi, eləcə də İstifadəçi ilə əlaqə saxlamaq məqsədilə zəruri olduqda fərdi məlumatlar toplanılır. Toplanılan fərdi məlumatlar yalnız Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və bu Siyasətə uyğun şəkildə işlənilir və mühafizə edilir.
2. Fərdi məlumatların emalı
Toplanmış fərdi məlumatlar aşağıdakı məqsədlərlə işlənilir:
- İstifadəçinin “e-Sosial”-a təhlükəsiz və rahat girişinin təmin olunması;
- “e-Sosial”da İstifadəçi hesabının yenilənməsi və idarə olunması;
- “e-Sosial” xidmətlərinin etibarlı, davamlı fəaliyyətinin təmin edilməsi, xidmətlərin təkmilləşdirilməsi və genişləndirilməsi;
- İstifadəçi sorğularının operativ cavablandırılması.
3. Fərdi məlumatların verilməsi
“e-Sosial”-ın fəaliyyətində zəruri olduqda və yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fərdi məlumatlar aşağıdakı şəxslərə verilə bilər:
- Dövlət orqanlarının (qurumlarının) və hüquq-mühafizə orqanlarının qanunvericiliyə uyğun sorğusu və məhkəmə qərarına əsasən;
- Hüquq və mənafelərin qorunması məqsədilə qanunla müəyyən edilmiş hallarda;
- İstifadəçinin razılığı ilə;
- Fəaliyyətin ötürülməsi, yenidən təşkil edilməsi və digər qanuni əsaslarla.
Fərdi məlumatlar Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunvericiliyə uyğun olaraq fərdi məlumatların mühafizəsi üzrə beynəlxalq standartlara cavab verən ölkələrdə yerləşən üçüncü şəxslərə ötürülə bilər.
“e-Sosial” üçüncü tərəflərin xidmətlərindən istifadə edir, lakin bu şəxslərdən fərdi məlumatları yalnız xidmətlərin göstərilməsi məqsədləri üçün istifadə etməyi tələb edir və onlara İstifadəçi məlumatlarından başqa məqsədlər üçün istifadə və İstifadəçi ilə əlaqə saxlamaq icazəsi vermir.
4. İstifadəçi hüquqları
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Siz aşağıdakı hüquqlara maliksiniz:
- Fərdi məlumatlarınızla tanış olmaq;
- Qeyri-dəqiq məlumatların düzəldilməsini tələb etmək;
- Fərdi məlumatların silinməsini tələb etmək;
- Fərdi məlumatların işlənilməsinin məhdudlaşdırılmasını tələb etmək;
- Fərdi məlumatların işlənilməsinə etiraz etmək;
- Məlumatların toplanılmasına və işlənilməsinə əvvəl verilmiş razılığınızı geri götürmək;
- Məlumatların toplanılmasına və işlənilməsinə dair müvafiq nəzarət orqanına şikayət etmək;
- Qanunla nəzərdə tutulmuş digər hüquqlarınızı həyata keçirmək.
Hüquqlarınızdan istifadə etmək üçün info@sosial.gov.az elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
5. Fərdi məlumatların məhv edilməsi
Fərdi məlumatların “e-Sosial”-da müəyyən olunmuş saxlanma müddəti başa çatdıqda və ya İstifadəçi öldükdə, habelə fərdi məlumatların toplanılması və işlənilməsi məqsədlərinə nail olunduqda və onların saxlanılması zərurəti aradan qalxdıqda İstifadəçi barəsində toplanılmış fərdi məlumatlar qanunvericiliklə müəyyən olunmuş qaydada məhv edilir.
6. Fərdi məlumatların mühafizəsi
“e-Sosial” fərdi məlumatların toplanılması və emalı zamanı məlumatların qanuniliyini və təhlükəsizliyini təmin edir. İstifadəçi məlumatlarının icazəsiz əldə edilməsinin, istifadəsinin və açıqlanmasının qarşısını almaq üçün müasir təhlükəsizlik texnologiyalarından və prosedurlarından istifadə olunur. Hər hansı məlumatların qorunmaması nəticəsində İstifadəçiyə dəyən ziyana görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət mövcuddur.
7. Kukilər və digər texnologiyalar
“Kukilər” (cookies) – kompüterinizdə, mobil cihazınızda saxlanılan kiçik məlumat fayllarıdır. “e-Sosial” istifadəçi təcrübəsini yaxşılaşdırmaq, xidməti fərdiləşdirmək, təhlil aparmaq və təhlükəsizliyi təmin etmək məqsədilə kukilərdən və geolokasiya texnologiyalarından istifadə edir.
“e-Sosial” “Google Analytics” xidməti vasitəsilə istifadəni izləyir və təhlil edir. Siz brauzerinizin tənzimləmələri vasitəsilə kukiləri idarə edə və ya deaktiv edə bilərsiniz. Kukilərin deaktiv edilməsi xidmətlərin bəzi funksiyalarının məhdudlaşmasına səbəb ola bilər.
8. Məxfilik siyasətində dəyişikliklər
Normativ hüquqi aktlarda dəyişikliklərə uyğun olaraq bu Məxfilik Siyasətinə yenidən baxıla bilər. Yenilənmiş Məxfilik Siyasəti dərc olunduğu tarixdən qüvvəyə minir.
Yenilənmə tarixi: 01.08.2025