Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, e-social.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

20.02.2026 10:58

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi beynəlxalq müsabiqədə “Mükəmməllik Sertifikati” ilə təltif olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial məlumatların idarə edilməsi mexanizmi” layihəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilib. Nazirlik Böyük Britaniyanın “iESE - The Public Sector Transformation Partner” beynəlxalq qurumu tərəfindən təşkil olunan “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində 2026-cı il üzrə “Mükəmməllik Sertifikatı”na layiq görülüb.

 

Mükafat Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (MEİS) əsasında qurulan innovativ idarəetmə modelinə, sosial məlumatların inteqrasiyası, analitik əsaslı qərarvermə mexanizmləri və “e-sosial” portalına görə təqdim edilib. Bu yanaşma sosial xidmətlərin operativliyini artırmaqla yanaşı, şəffaflığın və vətəndaş məmnuniyyətinin yüksəldilməsinə də mühüm töhfə verir.

 

Müsabiqə çərçivəsində müxtəlif ölkələrdən 80-dən çox dövlət qurumuna aid layihə və qabaqcıl iş təcrübələri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nazirliyin layihəsi innovativlik, davamlılıq, təsir dairəsi və tətbiq imkanları baxımından beynəlxalq miqyasda fərqlənib.

 

Bu nailiyyət ölkəmizdə dövlət idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatların uğurunu və sosial sahədə müasir, məlumat əsaslı idarəetmə modelinin effektivliyini bir daha təsdiqləyir.