2019-cu ildən tətbiq edilən proaktiv xidmət mexanizmi yalnız sosial sahədə deyil, eyni zamanda ekoloji istiqamətdə də mühüm töhfə verir.
Bu mexanizm kağız dövriyyəsini minimuma endirməklə həm idarəetmədə səmərəliliyi artırır, həm də resurslardan daha qənaətli istifadəni təmin edir. Kağız və çap xərclərinin azalması, sənədlərin fiziki daşınması və arxivləşdirilməsi ehtiyacının minimuma enməsi nəticəsində əmək, vaxt və maliyyə resurslarına qənaət edilir. Eyni zamanda bu yanaşma enerji sərfiyyatının azalmasına töhfə verir və “yaşıl idarəetmə” prinsipinə uyğun daha ekoloji yanaşmanın tətbiqini gücləndirir.
Proaktiv yanaşma isə vətəndaşların əlavə müraciət etməsinə ehtiyac qalmadan onların sosial təminat hüquqlarının mövcud məlumatlar əsasında avtomatik müəyyən edilməsini təmin edir. Bu da bir sıra üstünlüklər yaradır:
-
Vaxt itkisini aradan qaldırır və xidmətə çıxışı sürətləndirir;
-
Fiziki sənəd dövriyyəsini azaldır, kağız daşıyıcılardan asılılığı minimuma endirir;
-
Xidmət prosesini tam rəqəmsal, daha şəffaf və izləniləbilən formada həyata keçirməyə imkan verir.
Nəticə etibarilə, proaktiv xidmət mexanizmi bir tərəfdən vətəndaş məmnuniyyətinin artırılmasına, digər tərəfdən isə təbiətə həssas, dayanıqlı və müasir idarəetmə modelinin formalaşmasına xidmət edir. Bu yanaşma sosial xidmətlərin daha çevik, rahat və ekoloji baxımdan məsuliyyətli şəkildə göstərilməsini təmin edən əsas mexanizmlərdən biridir.