Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, e-social.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

23.02.2026 10:36

2019-cu ildən tətbiq edilən proaktiv xidmət mexanizmi sosial təminat sahəsində (pensiya və müavinətlər üzrə) idarəetmədə yeni mərhələnin əsasını qoyub

2019-cu ildən tətbiq edilən proaktiv xidmət mexanizmi sosial təminat sahəsində — xüsusilə pensiya və müavinətlərin təyinatı istiqamətində idarəetmədə yeni yanaşmanın formalaşmasına və xidmət keyfiyyətinin yüksəlməsinə şərait yaradıb. Bu mexanizm sosial ödənişlərin təyin edilməsi prosesini daha sadə, çevik və nəticəyönümlü etməklə yanaşı, dövlət xidmətlərində müasir idarəetmə prinsipinin tətbiqinə əsaslanır.

 

Proaktiv mexanizmin əsas məqsədi şəffaflığın və operativliyin artırılması, vətəndaş məmnuniyyətinin yüksəldilməsi, eləcə də vətəndaşların əlavə vaxt və resurs itirmədən sosial hüquqlarından yararlanmasının təmin edilməsidir. Bu yanaşma sayəsində bir çox hallarda müraciət etməyə ehtiyac qalmır, sənəd toplanması və təqdim edilməsi prosesi minimuma endirilir, xidmətlərin göstərilməsi daha rahat və sürətli şəkildə həyata keçirilir.

 

Ötən dövr ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1,4 milyon proaktiv təyinat həyata keçirilib. Bu göstərici proaktiv xidmətlərin sosial təminat sistemində əhatə dairəsinin genişləndirildiyini, proseslərin rəqəmsallaşdırıldığını və xidmətlərin vətəndaşa daha yaxın formatda təqdim olunduğunu təsdiqləyir.

 

Proaktiv yanaşma — vətəndaşın müraciətinə ehtiyac olmadan, mövcud məlumatlar əsasında onun sosial təminat hüququnun avtomatik müəyyən edilməsi və təyinatın icra olunması deməkdir. Bu model vətəndaşlar üçün daha rahat xidmət təcrübəsi yaradır, insan amilindən asılılığı azaldır və sosial təminat üzrə prosedurların daha dəqiq, sistemli və şəffaf aparılmasını təmin edir.

 

Proaktiv xidmətlərin tətbiqi sosial təminat sahəsində sürətli, şəffaf və vətəndaşyönümlü xidmət modelinin mühüm göstəricilərindən biridir və bu istiqamətdə həyata keçirilən rəqəmsal yeniliklər davam etdirilir.