Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, e-social.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

Ünvanlı Dövlət Sosial Yardım

Ünvanlı Dövlət Sosial Yardım (ÜDSY) – aztəminatlı ailələrin maddi vəziyyətini yaxşılaşdırmaq üçün dövlət tərəfindən verilən aylıq sosial ödənişdir. Bu yardımın əsas məqsədi aztəminatlı ailələrin sosial rifahını dəstəkləmək və onların minimal yaşayış səviyyəsini təmin etməkdir. Yardım məbləği, ailənin adambaşına düşən gəliri ilə ölkədə müəyyən edilmiş yaşayış minimumu arasındakı fərqə əsasən hesablanır. “Ünvanlı yardım” (VEMTAS) altsistemi vasitəsilə “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydalara uyğun olaraq, ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət edilməsi, ünvanlı dövlət sosial yardımının təyin olunması və ya təyin olunmasından imtina edilməsi, habelə onun ödənilməsi ilə bağlı proseslər həyata keçirilir.