Peşə və Kvalifikasiya Standartlarının Reyestri
Reyestrdə Nazirliyin ötən il hazırladığı 300 standart əhatə olunub. Bu standartlar işçinin müvafiq peşə və ixtisas üzrə yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur. Onlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır. Bu xidmət vasitəsilə işəgötürənlər işçi qüvvəsinin qiymətləndirməsini həyata keçirir, əmək bazarında peşə bilik və bacarıqlarına dair tələblərin müəyyən olunmasında iştirak edir. İşçilər isə peşələrinə, ixtisaslarına dair əmək bazarının tələbləri ilə yaxından tanış olur, öz bilik və bacarıqlarını bu tələblərə uyğun təkmilləşdirməklə karyera yüksəlişi üçün imkanlar əldə edə bilirlər.